Palata işçi axtarır - VAKANSİYA
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə idarəetməsi sektorunun mühasibi vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Tam ali təhsil (maliyyə/iqtisadiyyat)
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
• İFRS (arzuolunandır)
• Microsoft office proqramları/1 C 8/ BTP/Elektron hökümət portalında (Vergi və kərgüzarliq) işləmək bacarığı;
• Yüksək analitik bacarıqlar, operativlik və gərgin iş rejimində işləmək bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
• Aylıq,rüblük,illik vergi,DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
• Ödəniş tapşırıqlarının yazılması və banka təhvil verilməsi;
• Vergi və kərgüzarliq sistemində E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi;
• Əmək haqqı və müavinatlərin hesablanması və ödənilməsi;
• Debitorlara və kreditorlara nəzarət və üzləşmə aktlarının tərtib olunması;
• Bank, kassa, əmək haqqı və sair sənədlərin 1C (8.3 versiyası) proqramına daxil edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər.