ENA+

Tramp ABŞ-a işçi vizalarının verilməsini məhdudlaşdırır

ABŞ prezidenti Donald Tramp xarici vətəndaşlar üçün işçi vizaların verilməsini məhdudlaşdırmaq niyyətini təsdiq edib.

ENA.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı bildirib.

"Biz sabah və ya birigün vizalarla bağlı nəyisə elan etməyə hazırlaşırıq", - Tramp deyib. Onun sözlərinə görə, belə qərar "çox insanları xoşbəxt edəcək".

Yeni viza qaydalarında hər hansı istisnaların olub-olmayacağı barədə suala cavabında ABŞ rəhbəri deyib ki, onlar çox az olacaq. O, həmçinin izah edib ki, istisnalar yalnız uzun müddətə gələn müəyyən insanların böyük biznesi üçün olacaq.

“Kifayət qədər sərt istisnalar çox az olacaq”, - Ağ Ev rəhbəri əlavə edib.

Viza elanının detalları haqqında suala cavab verən Tramp qeyd edib ki, amerikalılar nəticələrdən razı qalacaqlar.

Qeyd edək ki, Ağ Ev rəhbəri aprelin 22-də koronavirus pandemiyasının təsirinə görə ABŞ-a immiqrasiyanı müvəqqəti qadağan edən fərman imzalayıb. ABŞ liderinin sözlərinə görə, belə tədbir Amerika işçilərinin müdafiəsinə yönəldilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)