Yeni qənnadı fabriki tikilir - 120 İŞ YERİ
Lənkəranda qənnadı fabriki tikilir.
ENA.az xəbər verir ki, yerli sahibkar İlham Nurəliyevin rəhbərlik etdiyi "NUR” ASC tərəfindən Lənkəran şəhərində tikilən fabrik ən müasir texnologiya ilə qənnadı məhsulları istehsal edəcək.
Layihə dəyəri 4 milyon manat təşkil edən fabrik üçün 0,5 hektar ərazidə ümumi tikinti sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli bina tikilib. Binanın birinci mərtəbəsi və zirzəmisi anbar, saxlama kameraları üçün nəzərdə tutulmuşdur. İkinci və üçüncü mərtəbələr istehsalat sahəsi, dördüncü mərtəbədə inzibati otaqlar yerləşəcəkdir.
Braziliya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz ediləcək fabrikin illik istehsal gücü 1500-1800 ton olacaq.
Fabrikdə 120 nəfər qənnadı ustası və texniki işçi yüksək maaşlı daimi işlə təmin ediləcək. Hazırda fabrikin qarşısındakı ərazidə abadlaşma və yaşıllaşdırma işləri görülür.