Avtomobil

22 manatlıq nömrə 10 000 manata necə satılır?

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr gedir. 

"BI" xəbər verir ki, gələn ilin büdcəsinin gəlir-xərc bölmələri 2018-ci ilə nisbətən daha böyük olacaq. Bu tapşırıqlarla əlaqədar olaraq dövlət qurumları büdcənin gəlirlərinin artırılması üçün yeni mənbələr axtarışındadırlar.

Bu mənbələrdən biri də, indiyədək diqqətdən kənarda qalan və xeyli vəsaitlərin büdcə üçün itirildiyi avtomobillərin qeydiyyat nişanlarının satışıdır. Təqribi hesablamalara görə, avtomobil nömrələrinin -  qeydiyyat nişanlarının satışının şəffaf təşkil edilməsi büdcəyə ildə 50-100 milyon manat arasında vəsait gətirə bilər. Hələliksə, bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması səbəbindən dövlət büdcəsi hər il bu qədər məbləği itirməkdədir, baxmayaraq ki, «hörmətli» qeydiyyat nişanlarının alınması üçün avtomobil sahibləri kifayət qədər vəsait ödəməyə hazırdırlar və ödəyirlər. Beləliklə….

Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək nömrələrin) verilməsi üçün rüsumlar «Dövlət rüsumu haqqında» qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasındadır.

Eləcə də bax: Avtomobilin nömrəsini çirkli saxlayan sürücülər - CƏRİMƏLƏNƏCƏK

Qanunda indiki vəziyyət belədir:

Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

Dövlət qeydiyyat nişanında əks

olunmuş rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği (manatla)

seriyası müxtəlif hərflərdən

ibarət olduqda

seriyası eyni hərflərdən

ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500

2500

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000

1500

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500

1000


Cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 22 manat.

Eləcə də bax: Bakıda ikinci əl maşınlar bahalaşır

Oxuculara daha aydın olsun deyə, bu qaydaları misallarla izah edək. Məsələn, qanuna görə, 10-GH-001 nömrəsinin qiyməti 1500 manatdır. 10-GH-100 nömrəsinin qiyməti 1000 manat, 10-GH-222 nömrəsinin qiyməti isə cəmi 500 manatdır. Burada söhbət o nömrələrdən gedir ki, seriyalarındakı hərflər (yəni «G» və«H») fərqlidir.

Amma əgər seriyadakı hərflər də eynidirsə, yəni məsələn «GG» və ya «HH»dirsə, qiymətlər bir qədər də artır. Məsələn, 10-GG-001 nömrəsi 2500 manat, 10-GG-100 nömrəsi 1500 manat, 10-GG-555 nömrəsi isə cəmi 1000 manatdır. İnandırıcı deyil, eləmi? Doğrudan da, bazardakı real qiymətləri nəzərə alanda bu rəqəmlər inandırıcı görünmür, amma hər halda qanunda belə yazılıb.

Qanundakı məqamlara yenə qayadacağıq, amma indii gələn real bazara nəzər salaq.


Bazarda real vəziyyət - 10-30 min manatlıq nömrələr

«Hörmətli» və ya «diqqəti çəkən» avtomobil nömrələrinin qiymətini bilmək üçün uzaca getmək lazım deyil. Satış saytlarındakı elanlarda bütün qiymətlər göstərilib. Bu qiymətlərə əsasən, nəinki «Dövlət rüsumu haqqında» qanunla «diqtət çəkən» sayılan, hətta bir sıra digər nömrələrin qiyməiləri də rəsmi qiymətləri 10 dəfələrlə, hətta 100 dəfə üstələyir. Bu elanlardakı qeydiyyat nömrələri və onların qiymətlərinə nəzər salaq.

Məsələn, 10-cx-100 nömrəsinin bazar qiyməti 30 min manat, 10-bx-100 nömrəsinin qiyməti isə 25 min manatdır. Halbuki, qanuna görə, belə nömrənin dövlətdən alış qiyməti cəmi 1000 manat təşkil edir.





Başqa bir kombinasiyalı nömrələrə nəzər salaq: 99-lc-999 nömrəsinin bazar qiyməti 15 500 manat, 99-ln-999 nömrəsinin qiyməti isə 13 900 manat təşkil edir. Halbuki, belə nömrələrin dövlətdən alış qiyməti, qanuna görə cəmi 500 manatdır.





Başqa bir variant, hansı ki, elanlarda satışda deyil, amma onu misal çəkmək mümkündür. Siz 22-zz-222 nömrə nişanlı avtomobillə rastlaşmısınız? Bu nömrənin özəlliyi ondadır ki, «Z» hərfi 2 rəqəminə oxşadığına görə, bütün nömrənin yalnız «Z»lə rvə ya «2»lərdən ibarət olması görüntüsü yaradır. Belə nömrə istənilən avtomobil sahibinin arzusudur və digər nömrələrin qiymətləni nəhərə aldıqda, onun bazar qiyməti təqribən 100 min manat ətrafındadır. 55-SS-555 nömrəsində də oxşar vəziyyətdir. Amma qanuna görə, bu nömrənin dövlət qiyməti cəmi 1000 manatdır. Haqqında danışılan nömrələrin 1000 manata almağın mümkün olub-olmaması isə başqa söhbətin mövzusudur.

Ən maraqlı vəziyyət 99-XX-999 nömrələri ilə bağlıdır. Qanuna görə, belə (yəni seriyası da eyni hərflərdən ibarət olan) nömrələrin dövlət qiyməti cəmi 1 000 manatdır. Bəli, qəribə və qətiyyən inandırıcı göünməyən rəqəmlərdir, amma belə nömrələri qanuna görə 1000 manata almaq olar. Halbki bazarda belə nömrələrin qiyməti 50-60 min manatdan yuxarı, bəzən isə 100 min manata çatır.

Amma avtomobil nömrələrinin tamamilə başqa, qanunda nəzərdə tutulmayan (bilərəkdənmi, yoxsa bilməyərəkdənmi) variantları da var ki, onlar da bazarda yüksək qiymətə dövr edir. Söhbət, məsələn, 10-cl-010 və ya 10-nr-010 kimi nömrələrdən gedir. Diqqət yetirmisinizsə, qanunda belə nömrələr haqqında heç nə deyilmir, yəni onlar «diqqəti çəkən» nömrələr sırasına əlaaə edilməyib (!). Amma onların qiyməti göründüyü kimi, 11 500-12 500 manatdır.





Nəhayət, xüsusilə Bakı üçün aktual olan və avtomobil həvəskarları arasında böyük populyarlığa malik olan «OO» və «DD» seriyalı nömrələr. Hazırda bazarda belə nömrələrin qiymətləri 10 min manatdan aşağı deyil.




Ən maraqlısı odur ki, belə nmrələrin dövlət qiyməti cəmi… 22 manatdır. Bazarda isə həmin nömrə 500 dəfə baha qiymətə satılır. Bəli, «Dövlət rüsumu haqqında» qanunun yuxarıda göstərilən hissəsindən də aydın olur ki, nömrələrin qiyməti müəyyən ediləndə rəqəmlər əsas götürülüb, seriya isə ayrıca olaraq nəzərə alınmır. Nəticədə, bazarda belə yüksək qiymətə satılan nömrələrin dövlət qiyməti gülünc həddədir. Və hər belə nömrənin satışından dövlət büdcəsinə cəmi 22 manat daxil olur.

Nəhayət, avtomobillərin markasındakı rəqəmləri təkrarlayan qeydiyyat nişanları. Bəzi avtomobil markalarının seriyası və mühərrikinin həcmi ilə bağlı özünəməxsus rəqəmləri var. Bura BMV-də 735-740-745-750-760, Leksus-da LS460, LX 470, LX 570, RX350, Mersedes-də 180, 220, 240, 350 və sair kimi seriyalar aiddir. Rəsmi sənədlərə görə, belə nömrələrin, məsələn 99-LX-570 qeydiyyat nömrəsinin dövlət qiyməti cəmi 22 manatdır. Qara bazarda isə belə nömrələr bir neçə min manata satılır.


Yol polisindən «Əlifba dərsi» 

Qanundakı müddəaları və qiymətləri nəzərə aldıqda, bazarda nömrələrin belə baha qiymətə satılması ilk baxışdan təəccüblüdür: əgər həmin nömrələri daha ucuz qiymətə almaq mümkündürsə, nə üçün onlara 10, hətta 100-500 dəfə artıq məbləğ ödənilsin. Problem də məhz bu məqamdadır. Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarının satışı Dövlət Yol Polisi tərəfindən həyata keçirilir. Amma bu proses – nömrələrin satışı olduqca, qeyri-şəffafdır. Belə ki, hazırda nömrələrin hansı prinspilə, yəni hansı seriyam ardıcıllığı ilə satıldığı məlum deyil. DYP-də bildirirlər ki, söhbət seriyadakı hərflərin əlifba sırası ilə düzülməsindən gedir. Amma hazırda satışda əlifbanın bütün hərfləri ilə başlayıb bitən nömrələr mövcuddur. Digər tərəfdən «əlifba qaydasının» hansı normativ sənəddə nəzərdə tutulduğu məlum deyil. Tamamilə mümkündür ki, belə qayda heç bir sənəddə əks olunmayıb, ona görə də onu pozmaq o qədər də çətin deyil.


Boş nömrələr «görünmür»

Digər tərəfdən, hazırda hansı nömrənin tutulduğu və ya boş olması ilə bağlı məlumatı heç bir mənbədən almaq mümkün deyil. Daha dəqiqi, belə məlumatların yerləşdirildiyi və hamının baxa biləcəyi mənbə mövcud deyil. Bu cür məumatları yalnız DYP-yə müraciət etməklə əldə etmək mümkündür.
Dəfələrdə bəyan edilməsinə baxmayaraq indiyədək DYP qeydiyyat nişanları ilə bağlı məlumatları açıq mənbələrdə yerləşdirməyib və bununla bağlı planlarını açıqlamayıb. Ümumiyyətlə, DYP rəsmiləri yol polisi sistemində bütün xidmətlərin elektronlaşdığını fəxrlə bəyan etdikləri halda, qeydiyyat nişanlarının internetə yerləşdirilməsi və elektron şəkildə seçilib-satılması məsələsində susmağa, ümumiyyətlə bu mövzuya toxunmamağı çalışırlar.
Nəticədə qeydiyyat nişanlarının satışında büdcənin hər il milyonlarla manat vəsait itirməsinə səbəb olan qeyri-şəffaf şərait yaranıb


İtirilən məbləğ – yarım milyard manata çatır

İtirilən məbləğ isə böyükdür. Bunu təqribən hesablamaq üçün ölkəmizdə avtomobillərin sayına nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son 10 ildə, yəni 2007-ci ildən 2016-cı ilədək Azərbaycanda şəxsi minik avtomobillərinin sayı 500 min ədəd artıb. Bunların cəmi 5 faizinin, yəni 25 mini «yaxşı» nömrə kimi qəbul edib orta yüksək qiymətlə (1500 manatdan), qalan 475 min nömrəni 22 manatdan hesablasaq son 10 ildə nömrə satışından büdcəyə təqribən 50 milyon manat (37,5 milyon manat + 10,45 milyon manat) vəsait daxil olmalıdır. Nömrə satışından büdcəyə nə qədər vəsait daxil olduğu hələlik açıqlanmayıb.

Amma bu hələ dövlət qiymətləri ilə toplana bilən məbləğdir. Bazar qiymətlərini nəzərə aldıqda isə nömrə satışından büdcəyə daxil olan vəsaitlər bundan qat-qat artıq olar.

Bazar qiymətləri ilə götürdükdə 500 min avtomobil nömrəsinin 10 faizinin «diqqəti çəkən» nömrə olduğunu və onların bazar qiymətinin orta hesabla 10 min manat olduğunu götürsək, nömrələrin satışı azı 510 milyon manat gəlir gətirə bilərdi.

Başqa sözlə, qeydiyat nişanlarının dövlət və bazar qiymətləri arasındakı fərq nəticəsində dövlət büdcəsi yarım milyard manağdan artıq vəsait itirib.


Məsələyə ASAN Xidmət qarışmalıdır

Yuxarıda qeyd edildiyi kimi, hazırda hökumət büdcə gəlirlərini artırmaq üçün maliyyə mənbələrinin axtarışındadır. Bu mənbələrdən biri də məhz avtomobil qeydiyyatı nişanlarının şəffaf şəkildə, bazar qiyməti ilə satışı ola bilər. Əgər avtomobil sahibi diqqətini çəkən nömrəyə 20-30 min manat verməyə hazırdırsa, nəyə görə bu vəsait dövlət büdcəsinə deyil, hansısa möhtəkirin cibinə axmalıdır?

Nömrələrin şəffaf satışı üçün isə variantlar kifayət qədərdir. İlk növbədə satılmayan nömrələr heç bir məhdudiyyət qoyulmadan Yol Polisinin və ASAN Xidmətin internet səhifəsində yerləşdirilməlidir. ASAN Xidmətin bu prosesə cəlb edilməsi ona ictimai etimadın yüksəlməsinə və şəffaflığın artmasına səbəb ola bilər.

«Nömrə hərrac»ları başlayacaq?

Bundan başqa, xüsusi kombinasiyaya malik olan nömrələrin hərrac yolu ilə satışları təşkil edilməlidir. Şərq və ərəb ölkələrində keçirilən belə hərraclarda diqqəti çəkən nömrələrin qiymətləri bir neçə milyon dollaradək artır. Oxşar nəticəni Azərbaycanda da əldə etmək mümkündür.
Digər tərəfdən diqqəti çəkən qeydiyyat nömrələrinn siyahısı bir də nəzərdən keçirilməli və bazarda daha yükək qiymətə satıla bilən nömrələr müəyyn edilərək onlara ilkin qiymət qoyulmalıdır.

Büdcə üçün 50 milyon manatlıq mənbə – nömrə satışı 

Bu tədbirlərin həyata keçirilməsi büdcəyə nömrə satışından gələn vəsaitlərin həcmini qat-qat yüksəldə bilər. Belə ki, statistikaya görə, 2016-cı ildə Azərbaycanda şəxsi minik avtomobillərinin sayında cəmi 7,4 minlik artım var. İqtisadi vəziyyəti nəzərə alaraq 2018-ci ildə də avtomobillərin artımının təqribən bu qədər – 7 min ədəd olacağını güman etmək olar. Bunlardan

100 avtomobilin 50 min manatlıq,
100 avtomobilin 30 min manatlıq,
200 avtomobilin 20 min manatlıq,
200 avtomobilin 10 min manatlıq,
300 avtomobilin 5 min manatlıq,
300 avtomobilin 2 min manatlıq,

Nömrə alacağını qəbul etsək, gələn il büdcə qeydiyyat nişanı satışından 16,1 milyon manat qazana bilər. Nömrələrin 22 manata satılacağı təqdirdə isə bu məbləğ cəmi 154 min manat olacaqdı. Avtomobil idxalının artacağı təqdirdə isə gəlirlər daha yüksək ola bilər. Belə ki, 20 min avtomobilin satışı nəticəsinə qeydiyat nişanlarından gələn gəlirlər ildə 50 milyon manata çata bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)