Nazirlik həyəcan təbili çalır: Avtomobillər Bakıda havanı zəhərləyib
Bakıda havanın çirklənməsinin ən başlıca səbəblərindən biri havanın tərkibində karbon qazının artmasıdır. Çirklənmənin 80 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür.
"BI" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevdeyib.
Onun sözlərinə görə, ölkədə havanın çirklənməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görülür.
“Buna baxmayaraq, avtomobil nəqliyyatının ekoloji problemləri hələ də aktual məsələ kimi qalır”, - deyə o bildirib.
Eləcə də bax: Azərbaycanda plastik torbalar qadağan olunur - MÜSAHİBƏ
Nazirlik rəsmisi bildirib ki, avtomobil nəqliyyatının sıxlığının artması hava mühitinin vəziyyətini daha da pisləşdirir.
“Avtomobillər ətraf mühitin çirklənməsinin əsas mənbələrində biri olaraq qalır. Əfsuslar olsun ki, nəqliyyat vasitələrinin sayı gündən-günə artır”, - M.Nəbiyev deyib.