Bank

Aktivlərindən ən yaxşı istifadə edən banklar

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bank bu ilin I rübünü 167,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 31milyard 538,3 milyon manat məbləğində aktivlərin 0,5%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 22 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" və "Express Bank" ASC-lər olub. Bu bankların əldə etdiyi mənfəət aktivlərinin 1,7%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" və "Express Bank" aktivlərinin məbləğinə görə ölkədə müvafiq olaraq 3-cü və 19-cudur.

Fəaliyyət effektivliyinə görə, 3-cü yeri isə "Naxçıvan Bank" ASC tutub. Bu bank ötən rüb aktivlərinin 1%-i qədər mənfəət əldə edib. Bu arada, "Naxçıvan Bank" aktivlərinin məbləğinə görə, 28 bank arasında 24-cü yerdə qərarlaşıb.

Mənfəətlə işləyən qalan 19 bankda isə sözügedən göstərici 0,1-0,9% arasında dəyişir.

Bankın adı

Bankın rüblük mənfəətinin /

zərərinin aktivlərinə nisbəti

1

Kapital Bank

1,7%

2

Express Bank

1,7%

3

Naxçıvan Bank

1,0%

4

Premium Bank

0,9%

5

Bank VTB Azərbaycan

0,8%

6

Unibank

0,8%

7

Azərbaycan Beynəlxalq Bankı

0,6%

8

Bank of Baku

0,5%

9

Günay Bank

0,5%

10

AFB Bank

0,4%

11

Xalq Bank

0,4%

12

Access Bank

0,3%

13

Azərbaycan Sənaye Bankı

0,2%

14

Zıraat Bank Azərbaycan

0,2%

15

İran Milli Bankı - Bakı

0,2%

16

Bank Respublika

0,2%

17

Bank BTB

0,2%

18

Rabitəbank

0,2%

19

Turan Bank

0,1%

20

Azər-Türk Bank

0,1%

21

Bank Avrasiya

0,1%

22

PAŞA Bank

0,1%

23

NBC Bank

-0,1%

24

Yapı Kredi Bank Azərbaycan

-0,2%

25

Muğan Bank

-0,2%

26

AGBank

-0,2%

27

Pakistan Milli Bankı - Bakı

-1,0%

28

Yelo Bank

-1,3%

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)