Azərbaycanın xaricə satdığı meyvə və tərəvəzin həcmi azalıb
2020-ci ilin yanvar-may aylarında Azərbaycan cəmi 236 milyon 509.55 min dollar dəyərində meyvə və tərəvəz ixrac edib. Bu çəki ifadəsi ilə 226 min 772.51 ton təşkil edir.
ENA.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə meyvə və tərəvəz ixracı kəmiyyət baxımından 9,9%, dəyər ifadəsində isə 1,9% azalıb.
2020-ci ilin yanvar-may aylarında ümumi ixracda meyvə və tərəvəzin payı 3,39%, qeyri-neft ixracında isə 32,78% təşkil edib.
Bu ilin yanvar-may aylarında 123 milyon 89.32 min ABŞ dolları məbləğində 104 min 860.06 ton pomidor xaricə satılıb.
Eyni zamanda ixracda yer alan məhsullar: fındıq - 8 min 459,13 ton (azalma 26,5%) satış dəyəri 52 milyon 203,88 min dollar (azalma 16,8%), alma - 20 min 867 , 31 ton (azalma 45,9%) satış dəyəri - 8 milyon 794.92 min dollar (azalma 44.9%), xurma - 17 min 947.06 ton (azalma 24.7%) satış dəyəri - 14 milyon 135, 93 min (azalma 22%), çay 623.46 ton (artım 7.5%) satış dəyəri - 4 milyon 145.14 min dollar (artım 12.3%).