Sənaye

Neft ucuzlaşmasının güclü təsiri maydan hiss olundu: ixracı həcmi son 4 ilin minumumunda

2020-ci ilin may ayında ən aşağı rəqəmdə ölkəyə valyuta daxil olduğu açıqlanmaqla 4 ilin ən aşağı göstəricisi müşahidə edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, cari ilin 5-ci ayında Azərbaycan 665.51 mln. dollar həcmində məhsul ixrac edib. Bu ixracla paralel, ölkəyə xaricdən 782.53 mln. dollar dəyərində məhsul idxal eilib.

Azərbaycan sonuncu dəfə ixracda bu qədər kiçik rəqəmə düz dörd il öncə 2016-cı ilin may ayında rast gəlib. Həmin tarixdə Azərbaycanın may ayı üzrə 587.03 mln. dollarlıq məhsul ixrac etmişdi və ya bu həcmdə valyuta qəbul etmişdi. Həmin dövrdə isə mənfi saldo 150.43 mln. dollar idi.

Nəticə isə son illərin az rast gəldiyimiz respublikanın ticarət saldosunun “mənfiyə” düşməsinə səbəb olub. May ayı üzrə Azərbaycanın ticarət saldosunun mənfisi 117.02 mln. dollar təşkil edib.

Banker.az analitik qrupu bununla bağlı maydakı ixracla bağlı şərhində bildirmişdi ki, may fyuçersləri üzrə neftin qiymətinin aşağı qiymətdə olması fonunda ölkənin ixrac həcminin bir qədər azalacağı gözləniləndir. Ölkənin ixracında neftin böyük pay almasını nəzərə alsaq analoji halın iyun ayında da müşahidə edilməsi gözlənilir. Çünki, may, iyun, iyul və bəlli olan avqust üzrə fyuçerslərdə neftin bir bareli 30-40 dollar aralığında dəyişir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)