ENA+

“British Airways” karantin rejiminə görə İngiltərənin hakimiyyət orqanlarını məhkəməyə verir

Xatırladaq ki, 8 iyun 2020-ci ildən İngiltərə hakimiyyəti ölkəyə gələn hər bir kəsi iki həftəlik karantinə almaq qərarının icrasına başlayıb. Banker.az xəbər verir ki, bu qaydanı pozanlar isə minlərlə funt sterlinq cərimə cəzası ala bilər.

“British Airways”, “Ryanair” və “EasyJet” aviaşirkətləri hesab edirlər ki, bu qərarın heç bir elmi əsası yoxdur. Üstəlik, səlahiyyətlilər qərar qəbul edən zaman turizm sənayesinin nümayəndələri ilə məsləhətləşməyib.

“British Airways” İngiltərə hakimiyyətini məhkəməyə verəcəyi ilə hədələyib. Qeyd edildiyi kimi, yeni karantin qaydaları şirkətə iyul ayında uçuşların təxminən 40%-ni bərpa etmək planlarına mane olub. Bundan əlavə, “British Airways” gündə 20 milyon funt sterlinq itirdiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)