İtaliyada evlər 1 avroya satışa çıxarıldı
![](https://ena.az/uploads/news/2020-06/_ena_138021cab1dec766e6a05ae8c_o.jpg)
İtaliyada koronavirus pandemiyasının böyük ziyan vurduğu daşınmaz əmlak bazarını canlandırmaq üçün maraqlı qərar verilib.
ENA.az xəbər verir ki, ölkənin cənubundakı Kalabriya vilayətinin Çinkuefrondi qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılıb.
Qəsəbənin canlandırılması ilə bağlı bu plan “Gözəllik əməliyyatı” adını alıb.
Evləri almaq istəyən şəxslərə yalnız bir tələb irəli sürülür. Belə ki, onlar alınan evi 3 il ərzində təmir etdirməlidir.
Xatırladaq ki, bu ilin yanvarında İtaliyanın Kampaniya vilayətinin Bizaçça qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılmışdı.