Tenderlər

BNA yolların nişanlanmasına 5,5 milyon manatdan çox pul xərcləyəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) yol nişanlarının (ağ və sarı zolaqlar) qoyulması işlərinə təxminən 5.56 milyon manata yaxın vəsait yönəldəcəkdir.

www.tender.gov.az saytında verilən məlumata görə, bununla bağlı BNA Yol Hatt MMC ilə müvafiq müqavilə bağlayıb.

Bu razılaşmanın dəyəri 5 milyon 556 min 976.45 manatdır.

BNA prezidentin 21 dekabr 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. Agentliyin əsas məqsədi Bakının inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, davamlı və rahat hərəkətini təmin etməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)