BİZNES

Azərbaycanda 23 ildir fəaliyyət göstərən Niderland şirkəti ölkədən gedir

23 ildir Azərbaycanda fəaliyyət göstərən Niderland şirkət ölkəmizdəki filialı ləğv etdiyni açıqlayıb.

ENA.az xəbər verir ki, bu “AA Servises” şirkətidir. Şirkətin Azərbaycan üzrə direktoru isə niderlandlı Arnoud Arthur Govaert-dir.

Şirkətin elanında bildirilir ki, filial ləğv edilir və kreditorlar müraciətlərini qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 3001-ci məhəllə ünvanına bildirə bilərlər.

“AA Servises” Azərbaycanda 1997-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkət əsasən neft tullantılarının emalı və daşınması əməliyyatlarını həyata keçirir. Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan və BƏƏ kimi ölkələrdə fəaliyyət göstərir.

“AA Servises” əsasən nəhəng neft şirkətləri olan “Chevron”, “BP”, “TOTAL”, “Shell”, “McDermott” və “Halliburton”nun podratçısıdır. Onun podratçısı olan “Chevron” ötən il Azərbaycandakı aktivlərini stışa çıxararaq tərk edəcəyini də açıqlamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)