Sağlamlıq

Daha bir ölkə koronavirus epidemiyasına QALİB GƏLDİ

Yeni Zelandiya həkimləri ölkədə koronavirusa yolxumuş son pasiyentin sağaldığını bildiriblər.

Bu barədə “ENA” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, son iki həftə ərzində ölkədə virusa yeni yoluxma aşkarlanmayıb. Ölkənin Milli Səhiyyə Naziriyi bildirib ki, ötən istirahət günlərində Oklenddə həkim nəzarəti altında olmuş sonuncu koronavirus pasiyenti tamamilə sağalıb. 

Yeni Zelandiyanın baş sanitar həkiminin sözlərinə görə, ölkə ərazisində virusa yoluxmuş xəstə qalmayıb.

Nazirliyin məlumatlarına əsasən, virusa yoluxanların ümumi sayı 1 504 nəfər təşkil edir. COVID-19-a yoluxmuş 1 482 pasiyent sağalıb, 22 nəfər ölüb. 

Yeni Zelandiyada virusa son yoluxma 22 mayda qeydə alınıb. Bildiriir ki, ümumilikdə 295 min insan koronavirus testindən keçib.

Qeyd edək ki, Yeni Zelandiyada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)