Sosial iqtisadiyyat

Maliyyə vəziyyəti ürəkaçan olmayan “Azəristiliktəchizat”dan AÇIQLAMA

“Azəristiliktəchizat” ASC Maliyyə naziri Samir Şərifovun qurumla bağlı bədbin açıqlamasına münasibət bildirib. 

Qurumdan bildirilib ki, istilik tarifləri sosialyönümlü olduğundan və maya dəyərindən aşağı müəyyən edildiyindən xərclərin bir hissəsi dövlət büdcəsi tərəfindən subsidiyalaşdırılır. 

“Bu məsələlərə maliyə naziri tərəfindən aydınlıq gətirilib”, - deyə qurumdan verilən cavabda bildirilib. 

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 2-də keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib ki, 2019-cu ildə “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin tənzimlənməsinə 11 milyon 200 min manat ayrılıb.

O əlavə edib ki, qurumun maliyyə vəziyyəti ürəkaçan deyil. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)