Rəsmi

Elmira Süleymanovanın maaşı artırıldı

İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) maaşı artırılır.

BI” xəbər verir ki,  bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.

Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, hazırki qanunvericilikdə müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır. 

Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.

Layihə səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki,  2002-ci ildən Azərbaycanda Elmira Süleymanova ombudsman kimi fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)