Tenderlər

Bakı Nəqliyyat Agentliyi az tanınan şirkətə 1,8 milyon manat ödəyəcək

Bakı Nəqliyyat Agentliyinin elan etdiyi “Sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmətin” satınalınmasına dair tenderin qalibinin “Techmaster” MMC (VÖEN: 2003756061) olduğu açıqlanıb.

ENA.az xəbər verir ki, Agentlik “Techmaster” şirkəti ilə 1 milyon 780 min manatlıq satınalma müqaviləsi bağlayıb.

2020-ci ildə “Techmaster” şirkəri 2-ci dəfədir ki, Bakı Nəqliyyat Agentliyinin tenderində qalib olur.

Belə ki, Mart ayında “Yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin” satınalnması tenderinin qalibinin də “Techmaster” MMC olduğu açıqlanmışdır. Bu tender üzrə Bakı Nəqliyyat Agentliyi “Techmaster” MMC ilə 4 milyon 510 min manatlıq satınalma müqaviləsi imzalanmışdı.

“Techmaster” şirkəti bu 2 tender üzrə Agentılikdən 6 milyon 310 min manat alacaqdır.

“Techmaster” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski ev 39, m 45-dir. 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Sərdar Əbülfət oğlu Həsənovdur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)