Elman Rüstəmovdan inflyasiya AÇIQLAMASI
Hazırda ölkədə makroiqtisadi sabitlik hökm sürür. 12 aylıq inflyasiya 3 faiz səviyyəsindədir.
ENA.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib
E.Rüstəmov qeyd edib ki, bu həm hökumətin, həm də Mərkəzi Bnakın proqnozundan aşağıdır:
“Artıq mövsümü olaraq yay fəslində inflyasiya səviyyəsi aşağı düşəcək. Bütövlükdə Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi”.
Baş bankirin sözlərinə görə, valyuta bazarında dollar satışı 56 milyon dollar səviyyəsində sabitləşib:
“Ötən il orta satış 66 milyon dollar təşkil edirdi. Bu da indikilə müqayisədə 10 milyon dollar aşağıdır”.