3 ayda əməkhaqqı kartları azalıb
Azərbaycanda plastik kartların sayı 7 milyon 855 min ədəddir. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu illik müqayisədə 1 milyon 231 min ədəd artım deməkdir. Bu kartlar vasitəsilə ölkədaxilində 1796 əməliyyat aparılıb və əməliyyatların böyük hissəsi ATM-lırin payına düşür.
Plastik kartlardan 2 milyon 754 min ədədi sosial kartlar, 2 milyon 334 min ədədi əməkhaqqı kartları, 1 milyon 837 min ədədi digər və 930 min ədədi isə kredit kartları təşkil edib.
Diqqət çəkən məqam isə ölkədə kredit kartlarının sayının son bir ayda 140 min ədəd artımı, əməkhaqqı kartlarının isə 13 min ədəd azalması olub.