Tenderlər

Bakıda yeni park salınacaq

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” ASC paytaxtın Yasamal rayonunun Moskva prospektində (Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxasında) istifadəsiz qalmış 4 hektar ərazidə yeni istirahət parkının salınması üçün layihə-smeta sənədlərinin hazırlanmasına dair açıq tender elan edib.

ENA.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 3-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 9-u, saat 18:00-a qədər vahid dövlət satınalmaları portalı vasitəsilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Əhməd Məmmədovdur (Telefon: 496-52-05). 

Tenderin nəticəsi iyulun 10-da, saat 11:00-da portalda açıqlanacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department