Bakı metrosuna 3 milyon manata yaxın maliyyə dəstəyi göstərilib

Koronavirus (COVID-19) pandemiyasının təsiri ilə əlaqədar olaraq “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 2,6 milyon manat ilkin maliyyə dəstəyi göstərilib.
!@#
“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Priyev məlumat verib.
Məlumata görə, ictimai nəqliyyatın ən mühüm sahəsi olan metroya dəstək tədbirləri davam etdiriləcək.











