Bank

“AG Bank” və “NBC Bank”ın şəhadətnamələri ləğv olunub

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 12 may tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 2007-ci il iyulun 30-da Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan “AG Bank” ASC və sentyabrın 10-da fonda üzv olan “NBC Bank” ASC mayın 15-də “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq ADIF-ə üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamələr ləğv edilib.

Bu barədə ADIF-dən bildirilib.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 2020-ci il mayın 15-nə olan reyestrini ictimaiyyətə açıqlayıb:

Sıra sayı Reyestr nömrəsi Reyestrə daxil olma tarixi Bankın adı
1 1 30/07/07 ASC “Xalq” Bankı
2 3 30/07/07 “Azərbaycan Beynəlxalq Bankı”ASC
3 4 30/07/07 “ACCESSBANK” QSC
4 6 30/07/07 Bank Melli İran Bakı filialı
5 7 30/07/07 “Azər Türk Bank” ASC
6 9 30/07/07 “Bank of Baku” ASC
7 10 30/07/07 “Bank Respublika” ASC
8 11 30/07/07 “Kapital Bank” ASC
9 14 30/07/07 “Muğanbank” ASC
10 15 30/07/07 “Yelo Bank” ASC
11 16 30/07/07 Pakistan Milli Bankının Bakı filialı
12 17 30/07/07 “Rabitəbank” ASC
13 20 30/07/07 “TuranBank” ASC
14 21 30/07/07 “UNİBANK” Kommersiya Bankı” ASC
15 22 30/07/07 “Yapı Kredi Bank Azərbaycan” QSC
16 28 07/08/07 “Expressbank”ASC
17 31 10/09/07 “Azərbaycan Sənaye Bankı” ASC
18 35 25/10/07 “Günay Bank” ASC
19 36 04/12/07 “Bank Avrasiya” ASC
20 37 04/12/07 “PAŞA Bank” ASC
21 38 29/08/08 “Naxçıvanbank” ASC
22 39 16/01/09 “AFB BANK” ASC
23 40 26/02/09 ASC “Bank VTB (Azərbaycan)”
24 42 28/04/09 “PREMİUM BANK” ASC
25 43 15/04/10 “Bank BTB” ASC
26 45 15/05/15 “Ziraat Bank Azərbaycan” ASC
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department