Sosial iqtisadiyyat

Kəmaləddin Heydərov generala yeni VƏZİFƏ VERDİ

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi baş verib. 

ENA.az xəbər verir ki, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev vəzifəsindən azad edilib.

Digər əmrlə, bu vəzifəyə polkovnik Hikmət Abbasov təyinat alıb.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 

FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva kadr dəyişikliyini təsdiqləyib. O bildirib ki, daxili rotasiya əsasında Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin olunub:

“Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Əliyev isə Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)