Bank

“AccessBank” rəhbərliyində YENİ TƏYİNAT

“AccessBank” QSC-nin Müşahidə Şurasına yeni üzv təyin edilibmiş.

Məlumata görə, yeni üzv Andrea Haqmann-dır. Bundan öncə isə M.Ş-da təmsil olunan Reiner Mueller-Hanke-nin adı siyahıdan çıxarılıb. Andre Haqmann ötən ilin sonunda bankın səhmdarlarının toplantısında M.Ş üzvi kimi təyinatı təsdiqlənib.

Xanım Haqmann maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hal-hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun Direktorlar Şurasının və İnvestisiya Komitəsinin üzvü (2019-cu ildən), mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika)  Direktorlar Şurasının üzvü (2017-ci ildən) və Microfinance Enhancement Facility Direktorlar Şurasının üzvüdür (2009-cu ildən). Onun əvvəlki iş təcrübəsi və xeyriyyəçilik fəaliyyəti, həmçinin, Avstriya İnkişaf Bankının İcraiyyə Şurasının üzvü (2008-2017),  Raiffeisenbank, Wolkersdorf Müşahidə Şurasının üzvü (2019-cu ildən), Avstriyanın aparıcı Hilfswerk International qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının üzvü (2018-ci ildən) qismində, eləcə də Avstriyanın Oesterreichische Kontrollbank AG ixrac-kredit agentliyində müxtəlif rəhbər vəzifələrdə (1991-2007-ci illər) iş fəaliyyətini əhatə edir. 

Xanım Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetinin kommersiya elmləri üzrə magistr dəcərəsinə malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)