Sənaye

Yanvar-aprel aylarında 45,5 min ton polietilen ixrac edilib

İlin ilk 4 ayında Azərbaycandan 45,5 min ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) ENA.az-a bildirilib ki, hesabat dövründə ixrac olunan polietilenin dəyəri isə 29 milyon 826 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department