“Azəristiliktəchizat” auditor seçir
“Azəristiliktəchizat” ASC ötən il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
ENA.az xəbər verir ki, iddiaçılar təkliflərini mayın 19-u, saat 12:00-dan gec olmayaraq səhmdar cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Zamiq Səmədovdur (Telefon: (012) 579 52 98).
Təkliflərə mayın 20-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.