Bank

AMB sədri: Bank sektorunu tam yoxlayıb başa çatdırmamışıq

Bank sektorunu tam yoxlayıb başa çatdırmamışıq. Onların kapitalının yoxlanılması tam başa çatdırılıb. Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. 

2020-ci ilin birinci rübü üzrə açıqlanan hesabatlara gəlincə, AMB sədri "hesab edirəm ki, həlledici dərəcədə hesabatlara inanmaq olar. Dəqiqləşdirmələr ola bilər, ancaq 2% kənarlaşma mümkündür" deyə bildirib.

Xarici auditorların bank sektorunda apardıqları audit hesabatları da ciddi şəkildə reallıqdan fərqlənə bilər. Bununla bağlı artıq Azərbaycan Beynəlxalq Bankı nümunəsi mövcuddur.  

E.Rüstəmov hesab edir ki, fundamental baxış keçirmək lazımdır. Xarici audit qarşısında qoyulan tələblər ciddi şəkildə müəyyənləşməlidir.

"Onlar səhmdarlar qarşısında ciddi məsuliyyət daşıyırlar, bu istiqamətdə görüləsi işlər var və bu məsələ araşdırılacaq", -deyə AMB sədri qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)