Aqrar Innovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1200-1400 MANAT
İşəgötürən: “Aqrar Innovasiya və Təchizat Şirkəti” MMC
Vəzifə: Mühasib
Əmək haqqı: 1200-1400 AZN
Namizədə tələblər
- Maliyyə və Mühasibat sahəsində ali təhsil;
- Mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
- MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük verilir;
- İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;
- Yaş: 25-35 arası;
İş barədə məlumat
- Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması;
- Rəsmi hesabatların hazırlanması(Vergi, Statistika, DSMF);
- Ödəniş tapşırıqlarının, hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması;
- Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
- Banklarla və digər orqanlarla hesablaşmalar
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə : 10.00 – 16.00
Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər.