ABŞ-dan Çinə qarşı növbəti iddia
Çinli hakerlər ABŞ-ın COVID-19-a qarşı peyvəndin inkişafına dair məlumatlarını əldə etməyə çalışırlar.
“The New York Times” xəbər verir ki, ABŞ-ın Federal Təhlükəsizlik Bürosu və Daxili Təhlükəsizlik Departamenti yaxın günlərdə bu barədə açıq xəbərdarlıq etmək niyyətindədirlər.
ABŞ administrasiyasının bildirdiyinə görə, çinlilər ABŞ-da koronavirusa qarşı dərman yaratmaq üçün aparılan araşdırmaların nəticələrində maraqlıdırlar.
Vaşinqton hesab edir ki, hakerlərin hədəfi həm dövlət qurumları, həm də özəl ABŞ laboratoriyalarıdır.
Qəzet qeyd edir ki, bu, ABŞ hakimiyyət orqanlarının Çinə qarşı koronavirusla bağlı növbəti hücumudur.
Vaşinqtonda Pekinin xəstəliyin bütün dünyada yayılmaması üçün daha çox iş görə biləcəyi tez-tez təkrarlanır.