Vakansiyalar

ATEF ŞİRKƏTLƏR QRUPU işçi axtarır - VAKANSİYA

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Əmək haqqı üzrə mühasib” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
Əmək haqqı: 600 AZN-800 AZN

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• İşçilərin aylıq əmək haqlarını hesablamaq;
• Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
• Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
• DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
• Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
• Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
• Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

Tələblər:

• Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
• Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
• Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
• Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
• İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Əmək haqqı üzrə mühasib” Mövzu bölməsində göstərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department