ENA+

Zelenski Saakaşvilini vəzifəyə TƏYİN ETDİ

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri təyin olunub.

ENA.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman verib. Komitə Prezident yanında Milli İslahatlar Şurasının tərkibinə daxildir.

Saakaşvilinin müavini vəzifəsinə isə “İnternet İnvest Group” holdinqinin prezidenti Aleksandr Olşanski təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Saakaşvilinin Ukraynada Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsinə gətirilməsi planlaşdırılırdı. Ancaq rəsmi Tbilisinin etirazından sonra bu plan baş tutmadı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)