Bank

Ləğv olunmuş Palatadan Mərkəzi Banka 27 milyon manat daxil olub

Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ləğvi və funksiyalarının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə bağlı AMB-yə 26 milyon 958 min manat daxil olub.

Bu barədə AMB-nin ötən ilki fəaliyyəti ilə bağlı audit hesabatından məlum olur.

Hesabatda deyilir ki, 28 noyabr tarixində MBNP-nin ləğv edilməsi və Azərbaycan qanunlarında müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırılma, tənzimləmə, nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının AMB-yə verilməsi nəticəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 26 milyon 958 min manat kapital ehtiyatlarına aid edilib və Banklın kapital ehtiyatları 526 milyon 958 min manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)