Fəaliyyətini dayandırmış bankların 500 minlik ianəsi: FOTOLARDA
Bağlanmış iki bankın - Atabank və Amrahbankın, eyni zamanda müvəqqəti inzibatçılığa verilən NBC Bank və AGB birlikdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat məbləğində ianə köçürüb.
Hesablarında pul olmayan Atabank 100 min, problemləri çox olan Amrahbank isə 200 min manat ödəyib.
İqtisadçı Samir Əliyev hesab edir ki, nəzarət altında olan, taleyi tezliklə həll olunacağı məlum olan banklara belə köçürmələri etməyə icazə verilməməli idi. Çünki bu vəsaitlər artıq bankların öz pulu yox, sahibkarların, əmanətçilərin və muzdlu işçilərin əmək haqqı pullarıdır.