"Yaxın vaxtlarda koronavirusun mənşəyini açıqlayacağıq"
ABŞ hökuməti bir müddət sonra yeni növ koronavirusun mənşəyi barədə ətraflı məlumat verəcək.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Arizona ştatına yola düşməzdən əvvəl Ağ Evin qarşısındakı meydaçada jurnalistlərlə söhbəti zamanı bildirib.
Koronavirusun mənşəyi barədə nə zaman açıqlama veriləcəyi barədə suala cavab verən dövlət başçısı “bir qədər sonra çox konkret məlumat verəcəyik” deyib.