BİZNES

İlon Mask bütün əmlakını satır bütün əmlakını satır

Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask bütün əmlakını satışa çıxardığını bəyan edib.

Bu barədə Mask özünün “Twitter” hesabında yazıb.

“Mənim evim olmayacaq”, - deyə iş adamı bildirib.

O əlavə edib ki, “Tesla”nın səhmləri çox bahadır. Bu bəyanatdan sonra şirkətin səhmləri 7,1 faiz azalaraq 711,5 ABŞ dollarına qədər düşüb.

Eyni zamanda, Mask Cim Vaylderin köhnə evini (“Villi Vonka və şokolad fabriki” filmindəki baş rolun ifaçısı, 2016-cı ildə vəfat etmiş Cerom Silberman) satmayacağını, əks halda “ruhunu itirəcəyini” söyləyib.

Xatırladaq ki, Mask və ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası “Tesla”nın vəkillərinin razılığı olmadan iş adamının şirkət haqqında tvit paylaşmaq hüququnun olmaması barədə müqavilə imzalayıblar. Eyni zamanda, o, 20 milyon ABŞ dolları məbləğində cərimə ödəyərək üç il müddətinə “Tesla” şirkətinin idarə heyətinin sədri vəzifəsindən uzaqlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)