E.Rüstəmov: Bağlanan banklardakı biznesin pulları sığortalanmayıb
Atabank və Amrahbankda qalan əhalinin pulları ilə yanaşı külli miqadarda biznesin də vəsaiti var. Bu pulların taleyi necə olacaq? Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun sözlərinə görə, bağlanan banklardakı biznesin pulları sığortalanmayıb.
"Bu bankları seçmək iş adamlarının öz seçimləridir. Burada qanunun aliliyi öndədir. Bağlanan banklar üzrə işlər ləğvediciyə - Əmanətlərin Sığortalanması Fondu"na veriləcək. İlk növbdə əhalinin pulu veriləcək, bundan sonra isə növbəlilik prinsipi ilə baş verəcək", deyə E.rüstəmov bildirib.