İcra başçısıyla yanaşı, birinci müavin, bələdiyyə sədri, baş həkim də saxlanılıb - YENİ DETALLAR
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
ENA.az xəbər verir ki, BakuPost əməliyyatla bağlı bəzi məlumatlar əldə edib.
Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.
Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb.