Elm və Texnologiya

150 MP-lik kameraya malik smartfon təqdim edilə bilər

Xiaomi şirkəti keçən il dünyanın ilk 108 MP-lik kamerasına malik smartfonunu təqdim etmişdi. Bu smartfonda istifadə olunan kamera sensorları isə Samsung tərəfindən hazırlanmışdı. İndi isə yeni çıxan xəbərlərə görə Xiaomi bu səfər 150 MP-lik kamera sensoruna malik smartfon üzərində işləyir və yenə kamera sensoru Samsung tərəfindən hazırlanır.

Ice Universe ləqəbli insayder tərəfindən sızdırılan məlumata görə 2020-nin 4.rübündə 150 MP-lik Xiaomi smartfonu ekosistemdə öz yerini tutacaq. 

 

        Ice Universe-ə görə 150 MP-lik sensor Samsung tərəfindən hazırlanacaq. Lakin ilk olaraq Xiaomi smartfonlarında istifadə olunacaq. Həmçinin Samsung tərəfindən verilən məlumatlara görə 150 MP-lik kamera sensorları üçün Ar-Ge işləri artıq tamamlanıb. Sensorun ölçülərinin təxminən 2.5 sm ölçülərində olacağı deyilir və NonaCell adı verilən texnologiyadan istifadə edəcək. 

        Nonacell texnologiyası hesabına 9 piksel birləşdiriləcəyi üçün şəkillər 16 MP piksel sayına bərabər olacaq. Həmçinin Oppo və Vivo smartfonları da bu kamera sensorundan istifadə edəcək. Lakin onlar 2021-in əvvəllərində bu cür smartfonlar istehsal edəcəklər. İce Universe qeyd edir ki, Samsung 150 MP-lik kamera sensorlarını tamamladığı üçün artıq 250 MP-lik sensorlar üzərində işləməyə başlayıb. Keçən səfər xəbərdə qeyd etdiyimiz kimi şirkətin ən əsas hədəfi 600 MP-lik kamera sensorları hazırlamaqdır. Görünən odur ki, Meqapiksel Müharibəsi daha da qızışacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)