Sağlamlıq

Çində koronavirusun ikinci dalğası yayılmağa başladı

Çinin Uhan şəhərindən sonra paytaxt Pekində koronavirusun ikinci dalğası geniş vüsət alıb.

ENA.az “Ahaber”ə istinadən xəbər verir ki, Pekində bu səbəblə bir çox iş yerləri yenidən bağlanıb.

Rəsmi rəqəmlərə görə, 82 mindən çox insanın yoluxduğu, 4 633 nəfərin öldüyü birinci dalğadan sonra pandemiyanın ikinci dalğası da Rusiya sərhədləri və paytaxtda geniş yayılmağa başlayıb.

Sonuncu pasiyentlərin də evə buraxılmasından sonra karantin qaydalarının yumşaldıldığı Çində bu səbəblə yeni qadağa və məhdudiyyətlər qüvvəyə minib. 10 milyondan çox əhalisi olan Pekində xeyli iş yerləri ilə bərabər idman zalları, hovuzlar qapadılıb. Həmçinin gigiyena qaydalarına əməl etməyənlər, maskasız küçəyə çıxan xəstələr və küçədə açıq şəkildə köpək gəzdirənlər üçün böyük məbləğdə cərimələr nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)