Sosial iqtisadiyyat

AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

"ENA"nın məlumata görə, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına əsasən, əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti aprelin 28-dən mayın 4-ü saat 00:00-dək təxirə salınır.

Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi mayın 4-ü saat 00:00-dək uzadılıb, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən daha əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində qüvvədə saxlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department