Banklara kredit borcu olan vətəndaşlara güzəşt edildi
30 sentyabr 2020-ci ilədək götürdüyü kredit üzrə əsas və ya faiz borcunu gecikdirən vətəndaşdan cərimə faizi, dəbbə pulu və digər ödənişlər tutulmayacaq.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi qərarda bildirilir.
Eləcə də bax: Banklar kreditlə bağlı bu güzəştləri edəcək - QƏRAR
"Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına (banklara) tövsiyə ediləcəkdir və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcəkdir. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir",- Mərkəzi bankdan Marja-ya bildirilib.