ENA+

Saakaşvili Ukrayna prezidentinin təklifinə “hə” dedi

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvili Ukrayna baş nazirinin müavini olacaq.

ENA.az Ukrayna KİV-nə isitnadən xəbər verir ki, prezident Vladimir Zelenskinin təklifinə “hə” cavabı verdiyini elan edib.

“Mən prezident Zelenskinin təklifini qəbul etdim”- deyə o söyləyib.

Mixail Saakaşvili Ukrayna iqtisadiyyatındakı ağır durumla bağlı Beynəlxalq Valyuta Fondu ilə danışıqlara başlayacağını əlavə edib.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)