Dünya Bankı bu il neftin qiymətinin 43% aşağı olacağını gözləyir
Dünya Bankı "Əmtəə Bazarları üzrı Proqnozlar Hesabatı"nın Aprel sayını yayımlayıb.
ENA.az xəbər verir ki, hesabatda, xam neftin barel qiymətinin bu il keçən illə müqayisədə 43% azalaraq orta hesabla 35 dollar səviyyəsində reallaşacağı nəzərdə tutulub.
2019-cu ildə neftin orta qiyməti 61 dollar təşkil etmişdi.
Dünya Bankına görə, səyahətlər məhdudlaşdırıldığına və azalacağına görə, 2020-ci ildə gündəlik 100 milyon barel olan neft tələbinin bu il gündəlik 9.3 milyon barrel düşəcəyi gözlənilir.
Dünya Bankının hesabatında, xam neftin barel qiymətinin 2021-ci ildə isə 20% artımla ortalama 42 dollara çatmasının gözlənildiyi bildirilib.