“Fitch”: Bu il SOCAR-ın birgə müəssisələrinə investisiyalarının həcmi 800 mln. dolları keçəcək
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2020-ci ildə SOCAR-ın öz birgə müəssisələrinə 800 mln. dollardan artıq investisiya yatıracağını proqnozlaşdırır.
Neft şirkətinin 2019-2022-ci illər ərzində kapital xərcləri 12 mlrd. dollardan artıq olacağı gözlənilir.
Agentlik güman edir ki, SOCAR-a dövlət tərəfindən olan dəstək bu dövr üzrə də davam edəcək.
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (IDR) və emitentin təmin edilməmiş borc reytinqini “BB+” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “stabil”dən “mənfi”yə endirib.
Reytinq üzrə proqnozun “mənfi”yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli IDR-i üzrə proqnozun “stabil”dən “mənfi”yə endirilməsi olub.