Azərbaycanda nazir müavini təqaüdə göndərilib
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev təqaüdə göndərilib.
ENA.az xəbər verir ki, N. Quliyev yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə Vüqar Kərimov təyin edilib. O, bu təyinata qədər ETSN-də Aparat rəhbəri işləyib.