Azərbaycana daxil olan valyuta son 3 ildə ilk dəfə milyardan aşağı düşüb
Azərbaycan 2020-ci ilin martında 957,4 mln. dollar dəyərində məhsul ixracı, 849,5 mln dollar dəyərində isə məhsul idxal edib, nəticədə ölkənin ticarət saldosu 107,9 mln. dollar təşkil edib.
ENA.az bu barədə Dövlət Gömrük Komitəsinin cari ilin ilk rübü üzrə statistik rəqəmlərinə istinad edir.
Ölkəmizdən ixracdan daxil olan valyutanın aylıq həcmi 1 milyarddan az olması hadisəsi sonuncu dəfə 2017-ci ilin oktabr ayı üzrə göstəricidə müşahidə edilib. Həmin dövirdə Azərbaycanın ixracdan daxilmolmasının həcmi 910,7 mln. dollar idi. (ətraflı qrafikdə)
Bundan əlavə Azərbaycan valyuta axının “qarşısını” da bu ixracın azalması fonunda ala bilib. Cari ilin fevralında Azərbaycandan 1 mlrd. 66,6 milyon dollarında idxal müqabilində valyuta çıxmışdı.
Ticarət saldosunun sonuncu dəfə “mənfi” olması isə 2016-ci ilin oktyabr ayında müşahidə edilir.