Türk lirəsi çökür: 2018-ci ildən bəri ən böyük ucuzlaşma
Dünən dollar türk lirəsinə nisbətdə 6.80-i keçərək 2018-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə çatdı. Dollar bu gün də bahalaşmaqda davam edir.
Dollar / TL son 20 ayın ən yüksək səviyyəsindədir. Dünən 6.80 həddini aşan və günü 6.8166 səviyyəsində tamamlayan dollar, bu səhər yüksəlişini davam etdirərək 6.85 səviyyəsindən yuxarı çıxdı.