"Rusiyanı neft bazarından çıxarmaq səyləri uğursuz oldu"
Səudiyyə Ərəbistanının Rusiyanı neft bazarından çıxarmaq səyləri əvvəldən uğursuzluğa məhkum idi.
ENA.az məlumar verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
O, Rusiyanın rəqabətqabiliyyətli neft istehsal etdiyini və xammalı satmaq üçün marşrutları şaxələndirdiyini bildirib.
Səudiyyə Ərəbistanının neft bazarındakı hərəkətlərinin irrasional olduğunu ifadə edən A.Novak deyib: “Yeni növ koronavirus səbəbindən neftə tələbatın azaldığı bir dövrdə hasilatı artırmaq mənasızdır. Bu, iqtisadi nəzəriyyə baxımından belə ağlabatan deyil”.
Neftə olan tələbatın böhrandan əvvəlki səviyyəyə qayıtmasının vaxta ehtiyac olduğunu bildirən nazir Rusiya rəhbərliyinin neft bazarındakı vəziyyətin öhdəsindən gələcəyini və iqtisadiyyatı düzəldəcəyini söyləyib.