MALİYYƏ

"Dolların 1.70 manatda saxlanılması Azərbaycan üçün çox bahalıdır"

Azərbaycan fevralın sonundan etibarən Brent markalı neftin qiymətinin 32 faiz ucuzlaşmasına baxmayaraq Dolların məzənnəsini 1,7 manatda saxlamağa davam edir.

ENA.az xəbər verir ki, "Fitch” beynəlxalq reytinq agentliyi hesab edir ki, bu, Azərbaycanın neft sektorundan yüksək dərəcədə asılılığı nəzərə alınsa (ÜDM-in 40%-i, ixracın 90%-i və vergi daxilolmalarının 2/3 hissəsi) və xarici təzyiq azalmasa “çox bahalı və qeyri-sabitdir”.

“Fitch” qeyd edir ki, 2020-ci ilin əvvəlindən Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 2,9 milyard dollar, həmçinin martda 1,9 milyard dollar valyuta satıb. Ümumilikdə, ARDNF 2020-ci ildə satmağa ümid etdiyi xarici valyutanıln 45%-ni artıq satıb.

Agentlik vurğulayır ki, hərraclarda xarici valyuta satışlarının həcmləri 2020-ci il martın 10-da pik həddə çatıb (323 milyon dolar), lakin bu dövrdən etibarən müntəzəm olaraq azalıb və aprelin 9-da hərracda  55 milyon dollar təşkil edib: “Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarının daxil olduğu suveren xarici aktivlər yüksəkdir və 2019-cu ilin sonuna  49,5 milyard dollar təşkil edir”, - məlumatda deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)