ENA+

Türkiyədə komendant saatı elan olunandan sonra xaos yaşanıb - VİDEO

Türkiyədə komendant saatı elan edildikdən sonra əhalinin dükanlara axışması xaosa bənzər vəziyyət yaradıb.

ENA.az xəbər verir ki, bu barədə yerli “Cumhuriyyet” qəzeti məlumat yayıb.

Aprelin 10-da Türkiyənin 31 şəhərində komendant saatı elan edildikdən sonra sakinlər dükana, çörək mağazalarına və marketlərə üz tutub. Nəticədə sıxlıq yaranıb. Bu isə infeksiyanın bir neçə saat ərzində sürətlə yayılmasına təsir göstərə bilər.

Aprelin 11-dən etibarən ölkədə 48 saat müddətində küçəyə çıxmaq qadağan olunub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)