Tenderlər

BNA “RealTV”yə çəkilişlərə görə 70,8 min manat ödəyəcək

Bakı Nəqliyyat Agentliyi “Real Təhlil İnformasiya Mərkəzi” MMC (RealTV) ilə 1 illik satınlama müqaviləsi imzalayıb.

ENA.az xəbər verir ki, nəqliyyat agentliyi bununla bağlı “Real Təhlil İnformasiya Mərkəzi” MMC ilə 70,8 min manatlıq müqavilə imzalayıb.

Məlumatda qeyd edilir ki, bununla “RealTV” xidmət sahələri ilə əlaqəli məlumatların geniş auditoriyaya çatdırılması, reportajların (sujetlərin) hazırlanması işlərini həyata keçirəcək.

Xatırladaq ki, “Real TV” 2018-ci ilin fevralından onlayn yayımlansa da 2019-cu ilin mayından ümumirespublika üzrə yayıma başlamışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)